Nazir: Ermənistan nüvə elektrik stansiyasının taleyi Aİ tərəfindən deyil, ölkənin iqtisadi maraqları ilə müəyyənləşdiriləcəkdir
Ermənistan ölkənin əsas strateji məqsədlərini nəzərə alaraq enerji sektorunun inkişafını planlaşdırır və bu mövzuda nə Aİ sazişinin, nə də digər siyasi güclərin təsiri olmayacaq. Bu haqda bu gün jurnalistlərə müsahibədə Ədalət naziri Davit Harutyunyan bildirib.
“Biz ölkəmizin əsas strateji məqsədlərini nəzərə alaraq enerji sektorumuzun inkişafını planlaşdırırq. Bu mövzuda heç bir siyasi təsir yoxdur və enerji bazarında mövcud vəziyyətlə, müasir texnologiyaları ilə şərtlənir”,-deyə Harutyunyan qeyd edib.
Onun sözlərinə görə, qiymət baxımından effektiv olarsa, bizim yeni nüvə stansiyamız olacaq. Qeyd edək ki, Metsamor nüvə elektrik stansiyası bağlanma təklifi Ermənistan-Aİ arasında imzalanacaq sazişdə cəlb edilmişdir. Saziş mətni ER XİN rəsmi saytında oktyabrın 13-də dərc olunmuşdur.