Siyasət

Əfqan Muxtarlının vəkili zorakılıqla üzləşdiyini bildirir

Bu gün vəkil Nemət Kərimli 1 saylı Bakı İstintaq Təcridxanasında məhdudiyyətlərə və qaba rəftara məruz qalıb. “Azadliq.info” saytına əsasən, bu haqda N.Kərimli özü bildirib.

“Bu gün təcridxanada saxlanılan jurnalist Əfqan Muxtarlı ilə görüşdüm. Neçə vaxtdır ki, Əfqan Muxtarlı təcridxanada qanunsuz məhdudiyyətlərə məruz qalır. Ondan təcridxanada qanunsuz məhdudiyyətlərlə üzləşməsi ilə bağlı rəsmi izahat aldım. Bu, jurnalistin hüquqlarının müdafiəsi üçün lazımdır. Ə.Muxtarlı ilə konfidensial söhbət aparmağıma imkan vermədilər. Təcridxana əməkdaşları bizi izlədilər, görüş başa çatdıqdan sonra isə qaba rəftarla üzləşdim”, – vəkil bildirib.

O deyib ki, buraxılış vərəqəsini götürmək üçün qeydiyyat otağında olarkən Penitensiar Xidmətin yüksək rütbəli 4-5 əməkdaşı ora daxil olub, kobud şəkildə yoxlama aparmaq istədiklərini bildiriblər.

Daha çox göstər
Back to top button