Siyasət

ABŞ-ın erməni lobbisi sirləri aşkar edir

ABŞ-ın erməni lobbisi haqqında hər kəs bilir, lakin çoxları erməni icmasının ABŞ hakimiyyəti üzərinə olan təsirindən xəbərsizdirlər. Məsələn, keçmişdə ABŞ erməni icmasının yazdığı qisa bir məktubla Ağ Ev-də işlər bir müddətlə dayandırıblar.

Bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Hay Dat Komitəsinin “Capital Gateway” layihəsinin müdiri Tereza Yerimyanın sözlərionə görə, Amerikadakı erməni icması  öz problemlərini səsləndirə bildiyi müddətcə güclüdür. “Biz həm Erməni Soyqırımı, həm Artsax məsələsini, həm də digər məsələləri irəli sürə bilirik, çünki insanlar zəng edib deyirlər ki, “problemimizdir budur və bu, bizim üçün çox önəmlidir. İstəyirik ki, nümayəndələrimiz öz səslərini qaldırsınlar”.

Hay Dat Komitəsinin nümayəndəsi anlatdı ki, təxminən on il əvvəl ABŞ Dövlət Katibliyinin qərarlarından biri erməni icmasını o qədər qəzəbləndi ki, icma öz qanuni tələblərini qaldıraraq, Ağ Ev işini bir neçə saatla durdurmuşdu.

“10-15 il əvvəl, haçan ki Dövlət Katibliyi Ermənistanı terrorçuları dəstəkləyən ölkələr siyahısına daxil etmişdi erməni icması tərəfindən o qədər zənglər, məktublar və fakslar göndərilmişdi ki, Ağ Evin telefon telləri pozuldu və o zamankı dövlət katibi Kondoliza Rayz şəxsən erməni icmasının məsələlərinə baxdı”.

ABŞ erməni icması o gün bir neçə saat ərzində Ağ Evə faksla 8 000-dən çox etiraz mesajı göndərmişdi və ABŞ ER marağlarına qarşı qərarı ləğv etmişdi. Demək ki, ölkə vətəndaşları öz nümayəndələrinə tələblərini çatdıra bildilər. Məhz bu əsl demokratiyanın ifadəsidir.

Daha çox göstər
Back to top button