Siyasət

AŞPA-da Azərbaycandan rüşvət alan alman deputatı haqqında yeni açıqlamalar

“Azərbaycan pulyuyan maşını” qalmaqaldan sonra rüşvət alan siyasətçilər sayısında məşhur alman deputatı, Merkelin Xristian Demokrat Partiyasının üzvü, 2009-cu ildən Bundestaq deputatı Karin Ştrents da vardı. O həmçinin AŞPA üzvüdür.

Das Erste yazır ki, Ştrents Azərbaycan maraqlarını müdafiə edən alman lobbi şirkəti tərəfindən ən az 15 min avro alıb.

Şirkət Xristian Sosial Partiyasının sabiq deputatı, siyasətçi Eduard Lintnerə aiddir. O, 2009-cu ildə yaranmış “Almaniya-Azərbaycan əlaqələrini təşviq edən şirkəti” ilə Azərbaycan lobbiistidir və aşkar olunmuş faktlara görə, Əliyev ailəsi tərəfindən 800 min avro alıb.

Qeyd edilir ki, Ştrents AŞPA-da Azərbaycan maraqlarını müdafiə edirdi.

Faktlar sübüt edir ki, Ştrents Avropa Şurasına saxta bəyanat təqdim etmişdi. Eyni şeyi deputat Alan Desteks də etmişdi, lakin Desteks Azərbaycanla əlaqələrin aşkar olunmasından sonra AŞPA-dan istefa etdi. Ştrents isə, hələ öz vəzifəsindədir.

Daha çox göstər
Back to top button