BaşlıcaBeynəlxalq

ATƏT sədrliyi: “Sülh üçün hazırlıqlar bütün təşşəbüslərin mərkəzində olmalıdır”

ATƏT-də Avstriya sədrliyi oktyabrın 16-da Cenevrədə ATƏT Minsk grupunun sədrliyi himayəsi altında təşkil edilmiş Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevin görüşünü diqqətlə izləyib.

Bu barədə ATƏT-də Avstriya sədrliyinin yayılan mesajında qeyd edilir.

“ Biz danışıqlar prosesini daha da aktivləşdirmək, yeni siqnallar və prezidentlərin öhdəlik götürməsi üçün danışıqlar prosesini aktivləşdirmək üzrə addımlar atmaq və təmas xəttində gərginliyi azaltmaq üçün əlavə tədbirlər görülməsindən məmnunuq”- deyə ATƏT-də Avstriya sədrliyinin mətbuat katibinin bəyanatında deyilir.
ATƏT-də sədrlik ümid edir ki, yenilənmiş cəlbedicilik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün konkret addımlarda ifadə ediləcək.
“Sülh üçün hazırlıqlar bütün təşşəbüslərin mərkəzində olmalıdır. ATƏT Minsk konfransından münaqişənin nizamlanması üzrə məsələ ilə ATƏT sədrinin xüsusi təmsilçisi səfir Anjey Kaspşik, eləcə də ATƏT sədrliyi bütün tərəflərin sülh səylərini inkişaf etdirməyə hazır olduğunu vurğulayır” – deyə ATƏT-də Avstriya sədrliyinin mesajında deyilir.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button