Siyasət

Azərbaycan sərhədində rus blogerin sərgüzəştləri. O erməni olmaqda sübhələnilir

LiveJournal-da son yazısında maximus101 ləqəbi ilə rus səyyah-bloggerin Rusiya-Azərbaycan sərhədini keçmək prosesini “sevindirici” adlandırır.
“Rus-Azərbyacan sərhədini keçmək prossesi “sevindirici” oldu. Mən Rusiya və Azərbaycan sərhədçilərinin təşkil etdiyi “əyləncəli” proqramda ən azı yatmış şəkildə iştirak etmək fikriylə sərhəd qapısında ümumi sırada gözləmək əvəzində, Dağıstandan qatarla Bakıya gəlmək qərarına gəldim. Bildiyimiz kimi həm onlar, həm də bunlar aktiv şəkildə müxtəlif terrorçuları axtarır. Biz tərəf islam terrorçularını , Azərbaycan tərəfi isə ermənilərı axtarır.
Mənim ” bəxtim gətirdi” ki, eyni zamanda hər tərəfə də oxşayırdım.

Turkiyə və Özbəkistan möhürləri ilə mən rus sərhədçilərinin müştərisi oldum. Çoxdan Ermənistana getdiyim üçün artıq Azərbaycanda qatar dayandırıldı. Mənim pasportumda bir erməni izinin olmaması Azərbaycan sərhədçilərini narahat etməmişdi, onlar məni təkrar və təkrar məcbur edirdilər ki, ən vacib olayı “milli mənsubiyyətimin” nə olduğunu həmin kağızlarda yazım. Onlar düşünürdü ki, bir neçə dəfə eyni sualı versələr mənim erməni mənliyim aşkar olunacaq”- deyə maximus101 bildirib.
Onun sözlərinə görə, azərbaycanlı sərhədçilər ona Yerevan sakininə oxşar olduğunu demişlər, amma o, özünü rus olaraq təqdim etməyi davam edib.
“Bir müddət sonra mən azərbaycanlılara yumşaq şəkildə dedim ki, onlar məndən çox erməniyə bənzəyir, əbəs yerə nə üçün vaxt itiririk.
Bunun nəticəsində sağlam dərrakə danışdı, mənim pasportumu geri qaytardılar və bizim qatar Bakıya doğru yollandı. Demək olmaz ki, Azərbaycan sərhədini keçmək məni yordu, bununla belə xoşagələn bir şey də yox idi və belə ki, sorğu-sualların məqsədyönlüyü barədə daha danışmırıq”- deyə bloger yazıb.

Daha çox göstər
Back to top button