BaşlıcaBeynəlxalq

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda görüşəcəklər.
“Yaxın vaxtlarda XİN başçılarının görüşü planlaşdırılır. Görüşün hansı şəhərdə keçiriləcəyi hələlik məlum deyil”, – deyə E.Məmmədyarov bu gün Bakıda polşalı həmkarı Vitold Vaşikovski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“İnterfax.az” saytına əsasən, onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə “intensiv və substantiv” danışıqlar aparılmalıdır.

“Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bu barədə danışmışıq. Onların bir sıra təklifləri var. Nazirlərin görüşünün əsas məqsədi – konkret müzakirələr aparmaqdır”, – deyə E.Məmmədyarov əlavə edib.

Daha çox göstər
Back to top button