İdman

Dzudo beynəlxalq çempionatda artsaxlı idmançılar qızıl medal qazanıblar

Oktyabrın 13-dən 15-ə qədər Yerevanda dzudo “Zeytun fincanı” 21-ci beynəlxalq çempionatı keçirilib. Orada artsaxlı idmançılar da iştirak edib.
“Armenpress”-in müxbiriylə söhbətində Artsax dzudo federasiyasının baş məşqçisi İvan Azizbekyan deyib ki, çempionatda Qazaxıstan, Gürcüstan, İran, Ermənistan və Artsaxdan təxminən 250 idmançı iştirak edib.

“Artsaxdan idmançılar Karen Sarkisyan və Davit Hovsepyan 42 və 46 kg çəki katigoriyasında qızıl medallar, diplomlar və pul mükafatları qazanaraq birinci yeri tutublar. Robert Poğosyan və Aşot Melkumyan isə 46 və 55 kg çəki katigoriyasında ikinci yeri tutub. 55 kg çəki katigoriyasında da Sevak Sarkisyan üçüncü yeri tutub. Hər bir rəqabət öncə təcrübə əldə olunmasıdır.
Çempionatda döyüş sənətini mənimsəyən zəngin bir ənənəyə malik olan Qazaxıstan və Gürcüstan kimi ölkələr iştirak edir.

Beynəlxalq platformalarda uğur qazanmaq üçün Artsaxdan çıxmaq və digər ölkələrin nümayəndələri ilə ünsiyyət qurmaq lazımır”- deyə İ. Azizbekyan bəyan edib.

Daha çox göstər
Back to top button