Təhlil

Şarmazanov: Novruz Məmmədovun bəyanatı absurddur

ER Parlamentinin vitse-prezidenti, ERP spikeri Eduard Şarmazanov Azərbaycan prezidentinin köməkçisi Novruz Məmmədovun “ER Prezidenti Serj Sarkisyan danışıqlar zamanı əldə olunan razılaşmanı pozub. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin” bəyanatına reaksiya verib. ER Parlamentinin vitse-prezidenti qeyd edib ki, Novruz Məmmədovun açıq-aydın qavrayış problemləri vardır. “Azərbaycan rəsmilərinin Serj Sarkisyan haqqında olan bəyanatları absurddur”,-deyə Eduard Şarmazanov qeyd edib.

Artsaxın Azərbaycan tərkibində olmayacağına və ən önəmlisi təhlükəsizlik məsələsinə gəlincə isə, erməni tərəfi bunu 10 il əvvəl də deyib, bu gün də, sabah da bunu deyəcək. “Bizim danışıqlar detalları ilə əlaqəmiz yox və beynəlxalq ictimaiyyəti qarışdırmağa ehtiyac yoxdur”,-deyə ERP spikeri qeyd edib.

Onun sözlərinə görə, ER Prezidentinin təhlükəsizlik əhəmiyyəti və Artsaxla bağlı sözlərinin danışıqlar detalları ilə əlaqəsi yoxdur. Detallara gəlincə isə, ER Prezidenti Minsk Qrupu tərəfindən yayılmış detallardan danışıb. “Məəmmədov olmasa bir başqası olsun, Artsax Azərbaycan tərkibində olmayacaq. Erməni tərəfi bunu bir daha da təkrar edir”,-deyə Şarmazanov əlavə edib.

Daha çox göstər
Back to top button