Təhlil

Vasitəçilərsiz keçirilən görüşlər daha faydalıdır: Ermənistan və Azərbaycan prezidentlərinin görüşü haqqında

“Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevin görüşündən çox gözləntilər yox idi, lakin bu cür görüşlərin keçirilməsi doğrudur”. Bunu ER Parlamentinin iqtisadi məsələləri üzrə daimi komissiyasının sədri Xosrov Harutyunyan bildirib. “Bəzi görüşlərin böyük nəticələri olmur, lakin bilirəm ki, keçirilən görüşlər doğrudur, çünki beləcə vəziyyəti idarəetmə, təhlükələri azaltma imkanları artır”,-deyə Xosrov Harutyunyan “Armenpress”-ə müsahibədə qeyd edib.

Deputat vurğulayıb ki, görüşün xüsusiyyətlərindən biri oydu ki, görüşdə vasitəçilər iştirak etməyiblər. “Son 10 ildə prezidentlərin baş-başa görüşü olmamışdı. Bu cür görüşlər həmişə də faydalıdırlar. Dövlətlər arasındakı əlaqələr, bir çox məsələlərin həll imkanları bəzən liderlərin bir-birinə qarşı olan münasibətdən asıllıdır. Əqər onlar arasında inam yoxsa, ən vacib məsələləri belə həll olmayacaqlar”.

Xosrov Harutyunyanın fikrincə, görüş o qədər də isti və asan olmayıb və tərəflər sərhəddəki vəziyyəti ilə bağlı məsələləri müzakirə ediblər. “Bu görüş az da olsa ümid verir ki, gələcəkdə təhlükəsizlik mexanizmlərin cəlb olunması üçün bir prespektiv ola bilər”.

Daha çox göstər
Back to top button