BaşlıcaBeynəlxalq

ER XI naziri və AB komissarı viza rejiminin asanlaşdırılması ətrafında dialoqa başlanması imkanını müzakirə etmişlər

İşgüzar səfərlə oktyabrın 18-də Brüsselə gələn Xarici işlər naziri Edvard Nalbandyan Avropa Miqrasiya, Daxili İşlər və vətəndaşlıq üzrə komissar Dimitris Avramopulos ilə görüşmüşdür.
Bu haqda Ermənistanın Xarici şşlər nazirliyinin mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilərək əlavə olunub:
“Görüş zamanı hər iki tərəf son dörd ildə Ermənistanla AB arasındakı viza rejiminin sadələşdirilməsi və reabilitasiya üzrə mövcud razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluğunu bildirmişlər.
Bu baxımdan, nazir Nalbandyan Avropa Birliyinə üzv ölkələr tərəfindən yaradılan viza strukturlarının işinin təkmilləşdirilməsinə böyük əhəmiyyət vermişdir.

Ermənistanın xarici işlər naziri və AB komissarı viza rejiminin sadələşdirilməsi üzrə dialoqa başlamaq imkanı ilə bağlı məsələləri müzakirə ediblər.
Həmsöhbətçilər noyabr ayında keçiriləcək Şərq tərəfdaşlığı sammitinə hazırlıqla bağlı fikir mübadiləsi aparıblar “.

Daha çox göstər
Back to top button