Ekonomika

“FAST” Ermənistanda gələcək 5 ildə 250 milyon dollarlıq investisiyaların qoyulmasını proqnozlaşdırır

Ermənistanın Elm və Texnologiyalar Fondu (FAST) Ermənistanda inkişaf üçün 4 əsas istiqaməti qeyd edib.

Keçən 6 ay ərzində həyata keçirilmiş araşdırmalar nəticəsində biotexnologiyalar, dronların idarəetməsi və qabaqcıl materialların (Advanced materials) sahəsində layihələrin həyata keçirilmə imkanları aşkar olub. Gələcək 5 ildə FAST Ermənistanı 250 milyon dollarlıq investisiya layihələrlə təmin edəcək. Bunu jurnalistlərlə görüşdə FAST-ın icraçı direktoru Armen Orucyan qeyd edib.

“Fond cari il aprel ayından fəaliyyət göstərir və biz hazırda strateji planlaşdırma mərhələsindəyik. Məqsədimiz elmi tədqiqatların təşviqi üçün Ermənistanda yaxşı mühitin yaradılmasıdır. Bu istiqamətdə bir neçə təşəbbüslərimiz var”.

ABŞ Milli Elm Fondu (NSP) ilə əməkdaşlığa dair Armen Orucyan deyib ki, onların əsas məqsədi erməni və xarici alimlər arasında əlaqələrin qurulması və birgə araşdırmaların həyata keçirilməsidir. “Çox şadaq ki, fizika, kompüter texnologiyaları öyrənən gənc mütəxəssislərimiz mütərəqqi alimlərlə ünsiyyət qururlar”.

Daha çox göstər
Back to top button