BaşlıcaBeynəlxalq

Magdalena Grono: “Qarabağ münaqişəsinin yenidən başlanması humanitar faciə ilə dolğundur”

Qarabağ münaqişəsinin yenidən başlanmasının ciddi təhlükəsi var və bu humanitar faciələrə çatdıra bilər.
Bu barədə oktyabrın 18-də Helsinki komitəsi tərəfindən təşkil edilən brifinqdə Qarabağ münaqişəsi üzrə müstəqil ekspert Magdalena Grono bəyan edib.
Onun sözlərinə görə, münaqişənin yenidən başlanmasının mümkün nəticələri və regional ölkələrin iştirakı səbəbi ilə təhlükəllidir.

Birincisi bu Türkiyəyə aiddir. Amma mümkün qarşıdurma İran və Gürücistana da təsir edəcək. Gürücüstana xüsusən ölkədə yaşayan etnik erməni və azərbaycanlıların olması səbəbiylə təsir edəcək.
O, anladıb ki, münaqişə ərazi bütövlüyünün və öz müqəddaratını təyin etmək hüququnun toqquşmasıdır.

“ Tərəflər arasında etibar yoxdur, danışıqlar prossesində də inam azdır”- deyə o, bildirib, əlavə edərək ki, tərəflər kompromisə getməkdən uzaqdır.
Ekspert düşünür ki, həm siyasi, həm də hərbi səviyyədə əlaqələrin olmaması olduqca təhlükəlidir.
Öz sözündə Magdalena Grono qeyd edib ki, bu həftə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilib. Onun fikirincə bu əladır, amma dəyişikliklər olması məsələsi aydın deyildir.

“Əgər yenidən başlanmış prosses problemlərin həll edilməsinə kömək etməyəcəksə, biz eskalasiyanın real təhlükəsiylə toqquşmalı olacağıq”- deyərək o, əlavə edib.

Daha çox göstər
Back to top button