Siyasət

Polşa prezidenti: Polşanın DQ münaqişəsinə dair balanslı mövqeyi var

Oktyabrın 18-də ER Parlamentinin sədri Ara Babloyanın başçılıq etdiyi nümayəndə heyəti rəsmi səfəri ilə Polşa Respublikasına getdi. Eyni gündə ER Parlamentinin sədri Ara Babloyan Varşavada Polşa Respublikasının Prezidenti Ancey Duda ilə görüşdü. İkitərəfli əməkdaşlıqdan danışanda ER Parlamentinin sədri qeyd etdi ki, Ermənistan parlament diplomatiyasının roluna əhəmiyyət verir və dost ölkələrin qanunvericilik orqanları arasında dialoqun aktivləşdirilməsi ilə marağlanır.

ER Parlamentinin sədri qeyd edib ki, Ermənistan-Polşa əməkdaşlığın gündəmində Ermənistan-Aİ əlaqələrin də əhəmiyyətli rolu var. Polşanın Şərq Tərəfdaşlığın həmmüəllifi olaraq Ermənistan-Aİ əlaqələrin güclənməsində də böğyük rolu var.

Polşa Prezidenti ER Parlamentinin sədrinə səfər üçün təşəkkür edərək deyib ki, Polşa həmişə də Ermənistanın yaxşı dostu olub və olmağa davam edəcək. Ancey Duda iki ölkə arasında parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayaraq ümid etdi ki, bu əlaqələr daha da güclənəcək və genişlənəcəklər.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı isə, prezident qeyd etdi ki, Polşanın balanslı mövqeyi var və münaqişə yalnız sülh yolu ilə nizamlana bilər.

Daha çox göstər
Back to top button