Siyasət

Azərbaycanla bağlı çirkli pulları araşdıran maltalı jurnalist ölümü barədə yeni detallar

Məşhur Maltalı jurnalist Dafne Karuana Qalizia öldürülüb. Malta polisi onın avtomobilində bomba partladıldığını açıqlayıb.

Lenta.ru Maltanın KİV-lərinə istinadən məlumat verir ki, müstəntiqlər bomba cib telefonuna gələn zəngdən sonra partladığını aşkar ediblər. Onlar ümid edir ki, gələn zəngi araşdırıb cinayətkarı tapacaqlar.

Məlum olub ki, bomba 1960-cı illərdə Çexiyada istehsal edilmiş 500 qram semteks tipli güclü partlayıcı maddə ilə edilmişdi.

Bundan başqa, maşında jurnalistin notebook-u tapılıb. Partlayış nəticəsində o da zərər çəkib, lakin ekspertlər ondan cinayətin araşdırılmasına kömək edəcək hər hansı bir məlumat əldə etməyi ümid edirlər.

Xatırladaq ki, Dafne oktyabrın 16-da öldürülüb. O, ofşor skandalların araşdırması ilə məşğuldu. Onun son araşdırması nəticəsində Malta Baş naziri Cozev Muskatın da ofşor skandalına əlaqə bağlı olduğunu və azərbaycan hakimiyyətlərindən pul aldığını aşkar edilmişdi.

Daha çox göstər
Back to top button