Siyasət

Böyük Britaniya “Azərbaycanın pulyuyan maşinası”, dictator ölkəsi, diktatorların sevimli ölkəsi

Böyük Britaniya “Azərbaycanın pulyuyan maşinası”, dictator ölkəsi, diktatorların sevimli ölkəsi

Böyük Britanianianın Leboristlər Partiyasının üzvü Margaret Hodj “Azərbaycanın pulyuyan  maşinası” qalmaqallı açıqlamalara toxunaraq, qeyd etdi ki, Britaniya Britaniya dünyada hər bir kleptokratın, dələduzun və despotun seçdiyi ölkə olub.

Bu haqda «The Guardian»qəzeti yazır.

Xanım Hodge parlamentdə bildirib ki, Böyük Britaniya özünü «bütövlük, sayqı və etibarlılıq ölkəsi» sayırdı. Amma Azərbaycan,eləcə də ofşor sənayenin iştirakıyla son pulyuma qalmaqalları göstərdi ki, bu özünəinam qüsurludur.

«Biz çirkli pulun təhlükəsiz sığınacağına çevrilmişik. Sənaye səviyyəsində pulyumaya, vergidən yayınmaya imkan veririk. Bizim korporativ qaydalarımız və zəif tənzimləmə çərçivəmiz dələduzlara hədiyyədiş.  Bu pul avropalı siyasətçilərə, lobbiçilərə rüşvətə xərclənib, həm də Azərbaycan prezidenti İlham Əliyevin, onun ailə üzvlərinin, dostlarının cibini doldurub. Pulun bir qismi də özəl məktəb xərclərinə gedib, – xanım parlamentari söyləyib.

Xatırladaq ki, Britanianın “The Guardian” qəzetinin apardığı  araşdırmalar nəticəsində aydın olub ki, Azərbaycan rəhbərliyi avropalılara illərcə rüşvət verib.

Aydın olub ki, Azərbaycan rəhbərliyi, tanınmış avropalılar qeyri-şəffaf ingilis şirkətləri vasitəsilə avropalılara ödəmə , lüks əşyalar  vermək üçün 2.9 mlr dollarllıq proqram heyata keçerib.  Bu proqram “Azərbaycanın pulyuyan maşını” adını alıb.

Daha çox göstər
Back to top button