Siyasət

Brüsseldə Bako Sahakyanın iştirakı ilə Artsax-Avropa münasibətlərinə dair bir sıra məsələlər müzakirə edilib

Artsax Respublikası Prezidenti Bako Sahakyan oktyabrın 19-da Brüsseldə Ermənistanın Avropalı Dostları Təşkilatının ofisinə gedərək təşkilatın bir neçə üzvləri, o cümlədən ofis direktoru Diyogo Pinto ilə görüşüb.

Artsax Prezident administrasiyasının informasiya baş idarəsindən verilən məlumata görə, görüşdə Artsaxın daxili və xarici siyasəti, regional prosesləri, Artsax-Avropa əlaqələrinə dair bir sıra məsələlər müzakirə olunub.

Prezident Ermənistanın Avropalı Dostları Təşkilatının Avropanın müxtəlif ölkələrində və platformlarında Artsax münaqişəsi barədə obyektiv məlumatlandırması, Artsax və Avropanın müxtəlif təşkilatları arasında əlaqələrin qurulması və gücləndirməsi üçün göstərilən fəaliyyətini yüksək qiymətləndirdi.

Daha çox göstər
Back to top button