Siyasət

Nalbandyan: Azərbaycan atəşkəs rejimini pozmağa davam edir

Ermənistan və Azərbaycan prezidentləri arasında keçirilmiş görüşdən sonra Azərbaycan atəşkəs rejimini pozmağa davam edir. Bu haqda ER Xİ naziri Edvard Nalbandyan Polşanın Xİ naziri Vitold Vaşçikovski ilə Yerevanda keçirdiyi görüşdən sonra təşkil edilmiş mətbuat konfransında bildirib.

Nalbandyan deyib ki, polşalı həmkarına beynəlxalq hüquq əsasında (xalqların öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyü), Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş ATƏT-in Minsk Qrupu və erməni tərəfinin səylərini təqdim etdi.

“Təəssüf ki, Cenevrədə keçirilmiş görüşdən sonra Bakıdan müxtəlif bəyanatlar olur, təmas xəttində isə, atəşkəs pozulur. Məsələn, dünən atəşkəs pozulması nəticəsində hərbçimiz həlak olub. Biz polşanın Xİ naziri ilə beynəlxalq prinsiplərə əsasən DQ münaqişəsinin yalnız sülh yolu ilə nizamlanmasına alternativ olmadığı mövzuda həmfikirik”,-deyə Nalbandyan qeyd edib.

Daha çox göstər
Back to top button