Siyasət
Rusiyanın Baş naziri Dmitri Medvedyev Ermənistana rəsmi səfərə gələcək
Ermənistan Respublikası Baş naziri Karen Karapetyanın dəvəti ilə oktyabrın 24-də Rusiya federasiyasının Baş naziri Dmitri Medvedyev Ermənistana rəsmi səfərə gələcək. Səfər çərçivəsində Karen Karapetyan və Dmitri Medvedyev arasında görüş keçiriləcək və sənədlər imzalanacaq.
ER Hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, RF Baş naziri ER Prezidenti Serj Sarkisyanla da görüşəcək.
Oktyabrın 25-də Dmitri Medvedyev Yerevanda Avrasiya hökumətlərarası şurasını icasında iştirak edəcək.