Ekonomika

9 ayda büdcə kəsiri 738,6 milyon manat təşkil edib

Natiq Cəfərli: ”Defisitin artma ehtimalı yüksəkdir”

2017-ci ilin 9 ayı ərzində dövlət  büdcəsinin mədaxili 12 mlrd. 45,1 mln., xərcləri 12 mlrd. 783,7 mln. manat olub.  Bununla da 738,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata əsasən, doqquz ayda dövlət büdcəsinin mədaxili 12,019 mlrd. manat proqnoza qarşı 12 mlrd. 45,1 mln. manat və ya 0,2 faiz çox icra olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,942 mlrd. manat və ya 19,2 faiz çoxdur.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 5 mlrd. 224,8 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 manat və ya 6,1 faiz çoxdur. Həmin vəsaitin 73,2 faizi və ya 3 mlrd. 825,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

İqtisadçı, ReAL Hərəkatının idarə heyətinin üzvü Natiq Cəfərli deyir ki, büdcə kəsirinin artması xərclərlə gəlir arasında yaranmış disbalansla bağlıdır:

“Getdikcə defisitin artması ehtimalı yüksəkdir. Əslində böyük problem deyil, çünki bir çox ölkələrdə yaşanır. Sadəcə bizdə çətinlik ondan ibarətdir ki, büdcə defisitinin maliyyələşmə mənbələri digər ölkələrdəkindən məhduddur. Yeganə mənbə hələ ki, Neft Fondudur”.

Natiq Cəfərli deyir ki, digər ölkələrdə büdcə kəsiri biznesin inkişafı, vergi toplanması, yaxud özəlləşdirmə hesabına qapadılır:

“Bizdə isə özəlləşdirməyə hələlik, çox xırda obyektlər çıxarılır. Onun da büdcə kəsirinin qapadılmasında çox ciddi bir təsiri olmur. Amma gələcəkdə daha böyük obyektlərin özəlləşdirmyə çıxarılması ehtimalı var”.

Daha çox göstər
Back to top button