Beynəlxalq

AŞPA məruzəçisindən Fikrət Hüseynli bəyanatı

Avropa Şurasının İnterpolda qanun pozuntuları məsələləri üzrə xüsusu məruzəçisi Bernd Fabritius Ukraynada saxlanılmış jurnalist, Niderland krallığının vətəndaşı Fikrət Hüseynli ilə bağlı bəyanatla çıxış edib. Bəyanat AŞPA-nın saytında yerləşdirilib. Bernd Fabritiusun bəyanatında deyilir:

“Mən AŞPA-nın İnterpol xətti ilə siyasi məqsədlərlə məsuliyyətə cəlb edilərək cəzalandırılan jurnalistlərin və siyasətçilərin məsələsini araşdıran şəxs kimi son zamanlarda baş verən hadisələrdən dərin narahatçılığımı bildirirəm. Təəssüf ki, bir-neçə gün əvvəl azərbaycanlı jurnalist, Niderland krallığının vətəndaşı Fikrət Hüseynlini Ukraynada həbs ediblər. Bu dəfə də İnterpol xəttilə bu iş görülüb.

Qeyd etməyi vacib hesab edirəm ki, mənim məruzəm əsasında AŞPA qətnamə qəbul edib və həmin qətnamə İnterpoldan sui-istifadə edərək müxalifətçiləri bəzi avtoritar rejimlərin cəzalandırması üçün alət kimi istifadə etməsinə son qoymalıdır tələbi olub. Bu tələbin yerinə yetirilməsi son hadisələr də göstərir ki, çox vacibdir.”

Daha çox göstər
Back to top button