İctimaiyyət

AXCP fəalına 10 sutka həbs verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Rəcəb Hüseynovu polisin saxladığı məlum olub. Bu barədə vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkilin sözlərinə görə, R.Hüseynov hazırda Binəqədidəki rayonundakı müvəqqəti saxlama təcridxanasında saxlanılır. Ona 10 sutka inzibati həbs cəzası verilib. Hazırda Binəqədidəki cəzaçəkmə müəssəsindədir. Vəkil cəbhəçi gəncin cəzalandırılmasının səbəbləri barədə hələlik detallı bilgi ala bilmədiyini söyləyib.

AXCP fəalı Rəcəb Hüseynovoktyabrın 18-dən yoxa çıxıb. Saatlı rayon Gənclər Komitəsinin üzvü olan Rəcəb Hüseynov oktyabrın 18-də Biləsuvar rayonuna qonaq gedib, orada polislər tərəfindən saxlanılıb. Daha sonra onun Bakıya – polis əməkdaşlarına təhvil verildiyi bildirilir. Ancaq əlaqəli qurumların heç biri bununla bağlı rəsmi açıqlama verməmişdi. AXCP-nin mətbuat xidmətindən isə bildirmişdilər ki, Milli Şuranın oktyabrın 7-də keçirdiyi aksiyadan öncə və sonra fəallara təzyiqlər güclənib. Partiya hesab edirdi ki, gəncin saxlanılması da həmin prosesin tərkib hissəsidir.

 

Daha çox göstər
Back to top button