Siyasət

Cəmil Həsənli ABŞ-da Azərbaycandakı siyasi vəziyyətdən danışıb

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həsənli bildirib ki, Azərbaycanda müxalifətçi siyasətçilərə və fəallara qarşı davam etməkdə olan təqiblər ölkə hüdudlarından kənarda da vurus kimi yayılır.

C.Həsənli bu həftə ABŞ-da rəsmi şəxslərlə görüşündə diqqəti Gürcüstanda və Ukraynada azərbaycanlı fəalların təqib edilməsinə yönəldib. Milli Şura rəhbərləri Azərbaycandakı siyasi vəziyyəti müzakirə etmək üçün ABŞ paytaxtına gediblər.

Səfər azərbaycanlı müxalifətçi jurnalist Fikrət Hüseynlinin Azərbaycan hökumətinin sorğusu əsasında İnterpol tərəfindən Ukraynada həbs olunmasından bir neçə gün sonra baş tutub. Hazırda F.Hüseyli Niderland vətəndaşıdır.

O, Avropada mühacirət telekanalı olan “Turan” TV-nin bürosunu yaratmaq istəyirmiş. Digər jurnalist Əfqan Muxtarlı may ayında Gürcüstanda oğurlanaraq Azərbaycana qaytarılıb. Bunlar göstərir ki, Azərbaycan hökuməti təkcə Vətəndə deyil, həm də geniş regionda hökumət kanalları və İnterpol kimi digər beynəlxalq qurumlar vasitəsilə Qərb dəyərlərini poza bilər, C.Həsənli bildirib. O, ABŞ-ı Azərbaycanda insan hüquqlarını pozanlara qarşı ən yüksək səviyyədə sanksiyaların tətbiqinə çağırıb.

“Mən Azərbaycanda dəyişiklik etmək üçün ABŞ hökuməti tərəfindən hər hansı kömək və ya maddi dəstək istəmək fikrində deyiləm. Bu, bizim mübarizədir”, – C.Həsənli vurğulayıb.

Daha çox göstər
Back to top button