Siyasət

Azərbaycan yeni korrpusiya qalmaqalının mərkəzindədir. İşveç mətbuatının açıqlamaları

İşveç İctimai Televiziyasının araşdırmacı jurnalistlər qrupu və “OCCRP”-nın  (Organizerd Crime and Corruption Reporting Project) yeni korrupsiya mexanizmi ortya çıxarıblar. Azərbaycan yinə də korrupsiya qalmaqalının mərkəzindədir.

2017 il martın 10-də “Bombardier” Kanda şirkətinin İşveçdəki şöbəsinin əməkdaşı rüşvət vermək şübhəsiylə həbs olunub.

Stokholm  məhkəməsinə görə, Rusiya Federasiyasının vətəndaşı,  37 yaşlı Evgeni Pavlov Azərbaycanda müqavilələr imzalamaq üçün rüşvət vermək şübhəsi ilə saxlanılıb. Pavlovun saxlanmsına dair xəbər İşveçdə Rusiya Fedrasiyasının səfirliyi  tərəfindən təsdiqləndi. Prokurorluğunun bəyanatında qeyd edilir ki, şirkətinin yüksək rütbəli rəsimlər rüşetdən şübhələnirlər.

Prokurorluq ayrıntılar təqdim etməyib, lakin İşveç və Rysuya KİV-lərinin bildirdiyinə görə, bu iş Azərbaycan dəmir yolu orqanlarına rüşvət verməklə  tender  qazanması ilə bağlıdır. 2013-cü ildə şirkət siqnalizasiya sistemlərinin satışı üçün  Azərbaycanın elen etdiyi  tenderi qazanıb.

“Bombardier”  qiyməti  siyasəti ilə 5-ci yerdə olduğuna baxmayaraq, şirkət tenderi qazanıb, daha yaxşı qiymət təklif edən rəqibləri Azərbaycan hakimiyyəti tərəfindən diskvalifikasyia olunub”- deyə prokurorluğun bəyanatında qeyd edilib.

Sübut olaraq 2016-ci ilin oktyabr ayında  şirkətin müşadirə olunmuş  elektron mesajları qeyd olundu.

Bu prosesdə “Multiserv oversisi” məhsulun qiymətini  550  fazidən çox artırdı ( təxminən 570 milyon İşveç kronu).

İşveç KİV-lərinin bildirdiyinə görə  pullar “postsovet ölkələrində korrupsiya qalmaqallarına iştirak edən rus iş adlarına” göndərilib.

Mətubatının bildirdiyinə görə, rüşvət 700 milyon İşveç kronu təşkil etdi.

Prokuror Tomas Forsberq  bildirdi ki, onlar bu işi saxta hesablar vasitəsilə qara pul almaq üçün bir razılaşma hesab edirlər.

Daha çox göstər
Back to top button