İctimaiyyət

Bakıda erməni bayrağı ilə dolaşan avtomobllə bağlı istintaq başa çatıb

Azərbaycan KİV-lərində yayılan məlumatlara görüə, “Mercedes” markalı 10-UU-550 dövlət nömrə nişanlı avtomobilin arxasında erməni bayrağı idi və bu hadisə Bakıda qalmaqal yaradıb.

Araşdırma nəticəsində məlum oldu ki, “Mercedes” markalı 10-UU-550 dövlət nömrə nişanlı avtomobil Şahin Xanaliyev adlı şəxsə məxsusdur. Həmin sürücü xaricdə yaşayır.

Mənə dediyinə görə, avtomobili Bakıdakı avtosalonların birindən alıb. Özünün də avtomobilin üzərindəki bayrağın Ermənistan bayrağı olmasından xəbəri olmayıb. İddia etdi ki, guya bu, Ermənistanın deyil, Kolumbiyanın bayrağıdır.

Avtomobilin üzərindəki nişanın şəklini mənə göndərməsini istədim, o, da göndərdi. Sonra araşdırdıq, məlum oldu ki, avtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib. Üzərində Ermənistan bayrağı olan avtomobilin Azərbaycana necə gəldiyi məlum deyil. Çox güman ki, həmin avtomobil Azərbaycana Gürcüstandan gətirilib.

Daha çox göstər
Back to top button