Təhlil

BBC araşdırması: İnsanlar Azərbaycandan niyə və hara gedirlər?

“Migration Policy Institute” araşdırmalarına əsasən bu gün 1 milyon 147 min insan Azərbaycandan kənarda yaşayır. BBC bildirir ki, 767 min nəfər Rusiyada, 82 min insan Ukraynada, 48 min Qazaxıstanda, 20 min insan ABŞ-da, o qədər də Özbəkistanda, 19 min insan Almaniyada və 17 min insan Türkiyədə yaşayır.

Məlumatda deyilir ki, işsizlik, rüşvətxorluq, qeyri-sabitlik və təhlükəsizlik vətəndaşları ölkəni tərk etməyə məcbur edir.

Bəzilər qeyd edib ki, bakıda yaxşı işləri vardı, lakin rüşvət almadıqları üçün karyera imkanı fürsətindən məhrum edilmişdirlər. Bəzilər də deyib ki, vətəndəki dpstların əksəriyyətinin ya yaxşı işi və gəlirləri var, ya da ümumiyyətlə işsizdirlər.

Bir çox azərbaycanlılar isə, təhlükəsizlik  məsələləri üçün ölkəni tərk edib. Bəzi azərbaycanlı qaçqınlar qeyd edir ki, böyük şəhərlərn bu yana həyat üçün normal şəraitlər belə yoxdur.

Rusiyanın federal xidmətlərinin verdiyi məlumatlara əsasən son 10 ildə köçənlərin sayı çox artıb. RF Xarici İşlər Nazirliyinin verdiyi məlumatına görə, cari ildə təxminən 5000 Azərbaycan vətəndaşı RF vətəndaşlığı alıb.

Azərbaycanın rəsmi statistikası isə normal rəqəmlər göstərir. Mütəxəssislər isə buna skeptik yanaşırlar və doğrunu əks etdirmədiyini deyirlər. Azərbaycan dövlət statistika idarəsinin təqdim etdiyi məlumatlara görə, 2016-cı ildə ölkəni sadəcə 1700 nəfər tərk edib və Azərbaycana yaşamağa 3200 nəfər gəlib. 2008-ci ildən bəri bu miqrasiya balansı Azərbaycanın dövlət quruluşunu pozmadı.

Bu məlumatları təqdim edəndə Azərbaycanda Rusiyaya bir neçə ay üçün gedən “mövsümi” miqrantlar nəzərə alınmadı. İki və ya üç vətəndaşlığı olan azərbaycanlılar da nəzərə alınmadı.

Miqrasiya prosesinin araşdırılması üzrə ekspert Arif Yunus Consortium for Applied Research on International Migration (CARIM) təşkilatı üçün təqdim etdiyi öz araşdırmasında qeyd edilir ki, Azərbaycanda miqrasiya mövzusu tamamilə siyasiləşdirilmişdir və dövlət vətəndaşları göstərmək istəyir ki, ölkədə hər şey yaxşıdır.

“Elə isə, insanlar niyə gedir?”

Daha çox göstər
Back to top button