BaşlıcaBeynəlxalq

Davit Babayan: “Biz təcavüzkar deyilik, amma əgər bir təhlükə olduğunu hiss etsək, onu dayandıracağıq”

Artsax Prezidentinin mətbuat katibi Davit Babayan Tert.am ilə söhbətində Dağlıq Qarabağ-Azərbaycan sərhədində bu gün olan gərginlik barədə danışaraq qeyd edib ki, Azərbaycana qarşı daha  sərt mövqe seçilməlidir və əlavə edib ki, onun dedikləri danışıqların ləğvini  nəzərdə tutmur.

“Danışıqlar prossesinin dondurması və devrilmasinin alternativi müharibədir”- deyə o, bildirib və əlavə edib ki, sərhəddə olan gərginliyin nəticəsində hər bir itki Ermənistan tərəfi üçün böyük bir faciədir, amma bəzi məsələləri donuq şəkildə nəzərə almalıyıq. “Nəhayət, bizim qonşumuz Lüksemburq deyil ki  onunla bütün şərtləşmələri qeyri-şərtsiz yerinə yetirmək üçün razlaşaq və sakitcə gözləyək”.

Davit Babayan həmçinin qeyd edib ki, əslində Azərbaycana bu vəziyyət əlverişlidir, çünki Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üçün lazımi addımları prezident İlham Əliyev ata bilməz.

“Həmin Əliyev Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycanda daşlaşmış fikirlər olduğu üçün  əlindən gələni edib. İndi o,  hansısa addımlar atarsa son dəfəki, “məşhur Azərbaycan çamaşırxanası” qalmaqalını nəzərə alaraq, onun  reytinqinə zərər vuracaq.Təbii ki, o, öz məsələlərini həll etmək üçün əhalinin diqqətini yayındırmağa çalışır”- deyə o, vurğulayıb.

“ Biz deyirik ki, təhlükəsizlik anlayışı, siyasəti, aktiv müdafiə ideyası üzərinə əsaslanır. Biz təcavüzkar deyilik, amma əgər bir təhlükə olduğunu hiss etsək, onu dayandıracağıq və öz ölkəmizin müdafiəsi naminə əllərimizdən gələni edəcəyik.

Daha çox göstər
Back to top button