Təhlil

Davit Babayan: “Terrorist zehniyyəti daşıyan bir qonşu ilə asan deyil”

Oktyabrın 16-da Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında yeni qurbanların olmaması üçün gərginliyin azadılmasına dair razılaşmanın əldə olunmasına baxmayaraq, 3 gün sonra MO şimal-şərq istiqamətində yerləşdirilmiş hərbi hissələrdən birində Azərbaycanın açdığı atəşi nəticəsində 1998-ci ildə anadan olmuş Tigran Xaçatryan həlak olub. Bundan başqa, Azərbaycan tərəfi oktyabrın 15-dən 21-dək erməni hərbçilərə qarşı 2300-dən artıq güllə atıb.

“Panorama.am”-ə müsahibədə Artsax Respublikası Prezidentinin mətbuat katibi Davit Babayan qeyd edib ki, işimiz terrorist bir dövləti olan Azərbaycanladır.

“Bu ölkə həmişə də bu cür addımlardan istifadə edirdi. Bu bir daha da Azərbaycanı hesaba çağıran mexanizmlərin əhəmiyyətini göstərir. Təbii, bu demək olmur ki, Cenevrədəki görüş təsirsizdi və görüşmə ehtiyacı yoxdur. Əksinə, bu cür görüşlərin keçirilməsi çox önəmlidir. Bəli, bu görüşlərdə münaqişə tamamilə nizamlanmayacaq və məsələnin həlli yaxın gələcəkdə görünmür, lakin bu görüşlər regionda sülh və sabitliyin saxlanılması üçün ən real və vacib proseslərdəndir”,-deyə Davit Babayan qeyd edib.

Artıq bir neçə ildir ki, Azərbaycan eyni strategiyasından istifadə edərək görüşlərdən əvvəl və sonra sərhəddə gərginlik yaradır. Bununla bağlı danışıqlar üçün yeni yanaşmalar müzakirə olunur mu? sualına Babayan cavab verib ki, “müxtəlif yanaşmalar müzakirə olunmalı, lakin terrorist  zehniyyəti daşıyan qonşumuzla bu asan deyil. Bu baxımdan bəzi çətinliklər var. Artsax münaqişəsi dünyanın ən çətin münaqişələrindəndi

Daha çox göstər
Back to top button