İctimaiyyət

Niderland səfiri Fikrət Hüseynli ilə bağlı Ukrayna baş prokuroruna müraciət edib

Niderland Krallığının Kiyevdəki səfiri Borispol hava limanında saxlanılan Niderland vətəndaşı, azərbaycanlı jurnalist Fikrət Hüseynli ilə bağlı Ukraynanın baş prokuroruna rəsmi müraciət göndərib.

Səfirin məktubunda Ukrayna ərazisində saxlanılan Niderland vətəndaşı Fikrət Hüseynlinin taleyindən narahatlıq ifadə edilir.

Məktubda bildirilir ki, Fikrət Hüseynli 2008- ci ildə Niderland Krallığında siyasi sığınacaq istəyib, bu hüquq ona verilib, 2013- cü ildə onun Niderland ərazisində oturum hüququ müddətsiz olaraq uzadılıb, 2014-cü ildə isə F. Hüsenliyə Niderland vətəndaşlığı verilib.

Məktubda xüsusi olaraq Ukrayna jurnalistin Azərbaycana təhvil verilməsinə çağırılır.

“Fikrət Hüseynlinin Azərbaycana təhvil verilməsi İnsan Haqları üzrə Avropa Konvensiyasının 3- cü maddəsinə (işgəncələrin qadağan olunması) ziddir. Bu ona qarşı zorakılıq riskləri yaradır və belə bir addımın atılması hüquqa zidd olar”, -məktubda qeyd edilir.

F.Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Borispol hava limanında Ukrayna Sərhəd Xidməti tərəfindən Azərbaycanın sorğusu ilə İnterpolun “qırmızı bildirişlər” sisteminə daxil edilmiş axtarış əsasında saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq və sərhəddi qanunsuz keçmək maddələri ilə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalistə 18 sutka həbs verib.

Daha çox göstər
Back to top button