Siyasət

Azərbaycan hakimiyyətinin dünya boyunca ifşası davam edir

AXCP sədri Əli Kərimli Facebook səhifəsində Azərbaycan hakimiyyətini ifşa edən daha bir material haqqında yazıb:

Hakimiyyətin dünya boyunca ifşası davam edir. İlham Əliyevin mötəbər tribunalardan səsləndirdiyi “Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunur” bəyanatının doğru olmadığını bu dəfə də nüfuzlu Open Democracy dərgisi sübut etdi (yazının linki şərh bölümündə). 8 milyon oxucusu olan (oxucularının əksəriyyəti siyasi-ictimai fəallar və siyasətçilərdir) nüfuzlu media platforması Milli Şuranın 23 sentyabr və 7 oktyabr mitinqlərindən yazıb. Hökumətin mitinqlərin təşkilinə mane olmaq üçün AXCP-nin 90 nəfərdən artıq funksionerinin polisə aparılıb hədələnməsindən, tanınmış aktyorun, universitet müəlliminin və poçtalyonun işdən çıxarılmasından, tanınmış ictimai xadimlərin, o cümlədən keçmiş siyasi məhbus Xədicə İsmayılın polisə dəvət edilməsindən bəhs edərək, diqqəti rejimin repressiv mahiyyətinə cəlb edib.

Yazıda Azərbaycanın repressiv rejiminin İnterpolla şübhəli əlaqələrindən bəhs edilir. Qurumun baş katibinin 2011-ci ildə Mehriban Əliyevaya mükafat verməsindən, qurumun rəhbərliyində Rusiya və Çinin yüksək rütbəli zabitlərinin təmsil olunmasından və rejimin İnterpoldan dissidentlərə qarşı istifadə etməsindən bəhs olunur. Jurnalist Fikrət Hüseynlinin rejimin tələbilə Ukraynada həbs olunmağı, Əfqan Muxtarlının Gürcüstandan oğurlanıb gətirilməsi ətraflı qeyd edilir. İnterpola xəbərdarlıq edilir ki, Azərbaycan kimi repressiv rejimlərin təqdim etdiyi cinayət ittihamlarına diqqətlə yanaşsın.

Daha çox göstər
Back to top button