İctimaiyyət

Türk jurnalisti Azərbaycanın “Qarabağ” klubunun pərəstişkarlarına istehza ilə yanaşıb

Türkiyənin “Sabah” gəzetinin  köşə yazarı   Mevlut Tezel  Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanın “Qarabağ” klubunun pərəstişkarları tərfindən göstərilən plakatlara toxunub.

Qeyd edilir ki, Azərbaycan klubunun pərəstişkarları İspaniyanın “Atletiko Madrid” ilə matç zamanı  Azərbaycan klubunun adını yazan A4 formatında 7 kağız tutublar.

Tezel azərbaycanlı pərəstişkarların ideyasını istehza ilə yanaşaraq yazıb. “Futbol tarixində bu ən əzik, ən fağır, ən gülməli pastarı idi. Olsun,  onlar da futbol mədəniyyətini tədricən öyrəsinlər”- deyə o yazıb.

Daha çox göstər
Back to top button