Siyasət

Artsax müstəqilliyinin tanınması zaman məsələsidir: DQR Prezidentinin müsahibəsi

Artsax Respublikasının xarici siyasətinin təməlində komplementarlıq və çox vektorluq var. Bu haqda “Bоенный дипломат” saytına verdiyi müsahibədə DQR Prezidenti Bako Sahakyan bildirib.

Onun sözlərinə görə, bu yanaşma ilə Artsax dünya və regionun ölkələri ilə bərabər və qonşuluq münasibətləri inkişaf etdirmək istəyir. “Rusiya ilə tarixi dostluğumuz var. Xalqlarımızın mədəniyyət, ənənələr və tarixin bir çox ünsürləri vardır. Bundan başqa, RF ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkələrindən biridir və regionun sabitliyini və təhlükəsizliyini təmin etmək üçün ciddi səylər göstərir. Təbii, dövlətimizin tanınmamasını nəzərə alaraq Artsax və Rusiya münasibətləri sadəcə humanitar alanlardadır.

Ölkəmizin büynəlxalq hüquqi subyekt olmasına gəlincə isə, bu istiqamətdə ciddi işlər aparılır. Son bir neçə illərdə Artsax Respublikasını ABŞ Masaçusets, Rod Aylend, Men, Luiziana, Kaliforniya, Havayi, Corcia ştatları, Avstraliyanın cənubi Uels ştatı, Basklər Ülkesi, eləcə də ABŞ və Avropanın bir sıra şəhərləri (ən böyük Los-Anceles) tanıdılar.

Gələcək illərdə biz fəaliyyətimizin coğrafiyasını genişləndirmək niyyətindəyik. Ümidvaram ki, bir sıra digər ölkələr və şəhərlər müstəqilliyimizi tanıyacaq. Təbii, məqsədimiz ayrı dövlətlərin tanımasıdır və düşünürəm ki, bu sadəcə zaman məsələsidir”,-deyə Bako Sahakyan qeyd edib.

Daha çox göstər
Back to top button