BaşlıcaBeynəlxalq

Avropa Birliyinə üzv ölkələr Ermənistan ilə razılıqları alqışlayıb

Avropa ailəsinə üzv 28 dövlətlər Ermənistan-AB Hərtərəfli və geniş  tərəfdaşlıq müqaviləsini alqışlayıb, həm də vurğulayıb ki, əlaqələrin daha da yaxınlaşması davamlı islahatlar prosesiylə bağlıdır. “Azadlıq” radiostansiyasının Brüsseldə işləyən müxbirinin əlində  birgə bəyanatın o layihəsi peyda olunub  hansını  ki,  AB-nin üzvüləri və  Şərq Tərəfdaşlığı ölkələri noyabrda keçiriləcək sammitdə qəbul etməyə hazırlaşır. Məhz həmin toplanışda da  ehtimal olunur ki, Ermənistanla  AB-nin  yeni razılaşması imzalanacaq.

Bəyanat layihəsiylə Brüssel yenə keçmiş altı Sovet dövlətinə, o cümlədən Ermənistan ilə əlaqələrin daha da yaxınlaşması üçün   öz dəstəyini bildirir. “Əməkdaşlığın çərçivəsi və dərinliyini müəyyənləşdirməkdə yalnız ikitərəfli ehtiyac və ambisiyalar deyil, həyata keçirilən islahatların prosesi və keyfiyyəti nəzərə alınacaqdır”.

Layihədə vurğulanır ki, kömək miqdarı xüsusi islahatlarla bağlıdır. Demokratiya, hüququn üstünlüyü və azad bazar münasibətlərinin qurulması istiqamətində effektiv addımlar atan ölkələrə daha çox veriləcək.

Iki il əvvəl Rigada qəbul edilmiş birgə  bəyanatdan fərqli olaraq bu ilin layihəsində regional münaqişələr barədə mətnlər olduqca ümumidir.  Layihə sülh nizamlanması istiqamətində beynəlxalq hüquq prinsipləri və normlarına əsaslanaraq səylərini aktivləşdirməyə çağırır.

Daha çox göstər
Back to top button