Azərbaycanlı hərbi qulluqçu Gürücüstana qaçıb
Azərbaycanlı hərbi qulluqçu kapitan Valeh Qarayev hərbi hissədən qaçıb və indi Gürücüstandadır.
Məlumata əsasən, azərbaycanlı zabitin sözlərinə görə erməni tərəfinin əməliyyatlarından sonra, o, oktyabrın 23-də hərbi hissəsini tərk edib. V. Qarayev dünən Gürücüstanın Marneul rayonunun Maradba kəndində olub.
O, öz qohumlarının evində sığınacaq tapmağa çalışıb, amma buradan onu qovublar. Hal-hazırda V. Qarayevin harada olduğu naməlumdur.
O, söyləyib ki, fərarlik etmək məcburiyyətində olub, çünki özü ya ölməliydi, ya da məhkəmə qarşısında dayanacaqdı. O, deyib ki, öz əskərlərinin intizamsızlığı səbəbiylə bazar gecəsində erməni hərbiçiləri mövqelərə soxularaq azərbaycanlı əskərləri öldürüblər.
Qarayev bildirib ki, onunla bölgə komandiri və bir çavuş da qaçıb. Hüquq-mühafizə orqanları hələlik bu hadisəylə bağlı şərh verməyib.