Siyasət

Baş nazir: ER və RF müttəfiq münasibətləri getdikcə inkişaf edir

Ermənistan Respubikası Baş naziri Karen Karapetyan Rusiya Federasiyası Baş naziri Dmitri Medvedyev ilə KİV-lərə danışıqlar nəticələrini təqdim ediblər. “Biz ik nöbədə son zamanda həyata keçirilmiş işlərin nəticələrini yekunlaşdırdıq. Qeyd etdik ki, ölkələrimizin müttəfiq münasibətləri getdikcə dinamik şəkildə inkişaf edir və daha da inkişaf etməyə potensialımız var.

Əməkdaşlığın güclənməsi üçün bir neçə birgə və investisiya layihələrin həyata keçirilmə imkanları müzakir etdik. Bu gün əməkdaşlığımızın gələcək inkişafına və güclənməsinə töhvə verəcək bir neçə sənəd imzalandı”,-deyə Karen Karapetyan vurğulayıb.

“Qeyd etmək istəyirəm ki, biz aparılmış işlərdən məmnunuq və danışıqlarımız həmişə də konstruktiv idi”,-deyə Karen Karapetyan yekunlaşdırdı.

Daha çox göstər
Back to top button