BaşlıcaEkonomika

Ermənistan və Qırğızıstanın baş nazirləri iqtisadi əlaqələri inkişaf etdirmək məsələsini müzakirə ediblər

ER Baş naziri Karen Karapetyan Qırğızıstanın baş naziri Sapar İsakovu qəbul edib.
ER Baş nazir qeyd edib ki, iki ölkə arasında ticarət həcmi kiçik olsa da, onun inkişafı üçün müsbət dinamika və potensial mövcuddur.
“Bu müsbət dinamika, o cümlədən hökumətlərarası komissiyanın fəaliyyəti sayəsində təşviq edilməlidir. Şübhə yoxdur ki, Ermənistanda və Qırğızıstanda birgə həyata keçirilə biləcək və qarşılıqlı faydalı ola biləcək perspektivli layihələr var ” – deyərək Baş nazir bəyan edib.
Qırğızıstan Baş naziri Sapar İsakov əməkdaşlığın dərinləşdirilməsinə hazır olduğunu ifadə edərək, iki ölkə arasında iqtisadi əlaqələrin siyasi dialoq səviyyəsinə uyğun olmadığını qeyd etdi. Baş nazir əlavə edib: “Biz ikitərəfli iqtisadi münasibətlərin inkişafına dəstək verməyə tam hazırıq”-deyərək Qırğızıstanın Baş naziri əlavə edib.
Hər iki tərəf də qeyd edib ki, Avrasiya inteqrasion prosesslərində qarşılıqlı işgüzarlıq, həmin çərçivədə razılaşdırılmış mexanizmlərin istifadə edilməsi erməni-qırqız münasibətlərini daha da zənginləşdirməyə təkan verəcəkdir.

Daha çox göstər
Back to top button