Siyasət

Rusiya Meğridəki azad ticarət zonasıbı inkişaf etdirməyə hazırdır: Medvedyev

Moskva Ermənistan-İran sərhədində olan Meğri azat iqtisadi zonasıa rus bazarını cəlb etməyə hazırdır.

Rusiya Ermənistanın cənubunda azad iqtisadi zonasının inkişafında iştirak etməyə hazırdır. Bu haqda Yerevanda Rusiya Baş naziri Dmitri Medvedyev erməni həmkarı Karen Karapetyanla brifingdə qeyd edib.

“Biz azad ticarət zonasının inkişafında iştirak etməyə və rus bazarı da cəlb etməyə hazırıq. Həmkarlarımız maliyyələşdirmə sistemləri təklif ediblər. Biz bütün bunalrın necə təşkil olunmasını düşünəcəyik”,-Medvedyev deyib.

Onun sözlərinə görə, rus inkişaf institutlarından istifadə etmək də mümkündür. Məsələn, Birbaşa İnvestisiya Fondu, Vneşekonombakı, və Rosekspomərkəzi.

Medvedyevin firkincə, ən önəmlisi “bütün bunların meyvə verməsi”-dir.

ER baş naziri Karen Karapetyan qeyd edib ki, Meğridəki azad iqtisadi zonası İranla maraqlı olan rus biznesi üçün çox yaxşı bir alandır.

“Bundan əlavə, sadəcə rus kapitalı üçün deyil, investisiya əməkdaşlığı üçün də açığıq”,-deyə Karapetyan qeyd edib.

Ermənistanın Syunik rayonunda Ermənistan və İran arasında azad iqtisadi zonasının yaranması İran tərəfi və AİB arasında əlaqələr körpüsü yaradacaq. Avropa biznesinin nümayəndələri gələcəkdə bu körpüdən istifadə edə bilərlər.

Daha çox göstər
Back to top button