BaşlıcaSiyasət

Serj Sarkisyan Avrasiya Hökumətlərarası Şurasının üzvlərini qəbul edib

ER Prezidenti Serj Sarkisyan oktyabrın 25-də Avrasiya Hökumətlərarası Şurasının üzvləri ER Baş naziri Karen Karapetyan, RF Baş naziri Dmitri Medvedyev, Qırğızıstan Baş naziri Sapar İsakov, Belarus Respublikasının Baş naziri Andrey Kobyakov, Qazaxıstan Respublikasının Baş naziri Bakitjan Sagintayevi qəbul edib. Onlar Yerevanda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcəklər. Görüşdə baş nazirlər ilə Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Tiqran Sarkisyan da iştirak edib.

Dövlət başçısı əminliklə qeyd edib ki, Yerevanda keçiriləcək hökumətlərarası şurasının iclası səmərəli olacaq və Avrasiya inteqrasiyasını dəstəkləyəcək. Prezident xüsusi olaraq  texniki maneələrin aradan qaldırılma məsələsini qeyd edib. Prezident ümid edib ki, həm bu həm də gündəmində olan digər önəmli məsələləri birgə müzakirəılərdə həll olunacaq.

Avrasiya hökumətlərarası şurasının üzvləri Ermənistanda şuranın iclası işlərinin səmərəli şəkildə təşkil olunması məqsədilə yaranmış yaxşı .əraitlər üçün təşəkkür edərək qeyd ediblər ki, iştirak edən ölkələrin gündəminə daxil olan bütün məsələlərin hərtərəfli müzakirə olunması nəzərdə tutulur.

Daha çox göstər
Back to top button