Beynəlxalq

ABŞ Dövlət Departamentində Ermənistanın beynəlxalq təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni vurğulayıblar

ABŞ Ermənistanın dostu olaraq son 25 il ərzində ermənilərin müstəqil respublikasına dəstək verir. Bu haqda ABŞ Konqresində Ermənistan-Amerika dostluğa həsr edilmiş tədbirdə ER-nın ABŞ-dakı səfiri Qrigor Hovhannisyan qeyd edib. Bu haqda “Amerikanın səsi” məlumat yayıb.

“İki ölkə arasında təhsil, yerli və dövlət səviyyələrində əməkdaşlıq var. Biznes sahəsindəki əməkdaşlıq da səmərəlidir”.

Tədbirdə  Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçisinin müavini Bricit Brink Ermənistanın beynəlxalq təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni vurğulayıb. Ermənistana Əfqanıstanda və Kosovada sülh proseslərinə iştirak etdiyivə Suriyadan 20 mindən çox qaçqın qəbul etdiyi üçün təşçəkkür edirəm”.

Tədbirdə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Çofer də iştirak edib.

“Ermənistan ABŞ dostlarındandır”,-deyə konqresmen Eliot Engel “Amerikanın səsi”-nə müsahibədə qeyd edib. “Rusiyanın qonşusu olan Ermənistan üçün ABŞ ilə dostıuq əlaqələri saxlamaq asan deyil. Biz Rusiyaya və bütün dünyaya göstərmək istəyirik ki, ABŞ Ermənistan xalqının dostudur”.

Daha çox göstər
Back to top button