BaşlıcaTəhlil

Şavarş Koçaryan: Azərbaycan atdığı addımlarla öz müstəqilliyini şübhə altına alır

Artsax Azərbaycan tərkibində ola bilməz və bu fakt Azərbaycanı qəzəbləndi. Bu haqda hökumətin iclasından sonra jurnalistlərlə görüşdə ER Xİ nazirinin müavini Şavarş Koçaryan Cenevrədə keçirilmiş görüşdən sonra ER Prezidenti tərəfindən edilmiş bəyanatı ilə bağlı Azərbaycan tərəfinin reaksiyasına toxunurkən bildirib.

“Azərbaycanda bu bəyanatla bağlı səs-küy qaldırılıb. Bakı Artsax müstəqilliyini şübhə altına alır, lakin bəlkə də unutmuşdur ki, həm DQR, həm də Azərbaycan eyni əsasda müstəqillik qazanmışdır. Bu hələ SSRİ dövründə son Konstitusiyaya görə olmuşdur. SSRİ-nin dağılmasından sonra ikisi də hüquqi baxımdan bərabərdi. Bundan əlavə, Artsaxda müstəqillik referendumu Azərbaycandan çox daha evvəl keçirilmişdir”,-deyə Koçaryan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan atdığı addımlarla öz müstəqilliyini şübhə altına alır. “Əgər onlar üçün ərazi bütövlüyü o qədər müqqədəs bir məsələdir, niyə müstəqillik elan ediblər?”,-deyə Xİ nazirinin müavini qeyd edib.

Danışıqlarda əldə edilmiş razılaşmalara gəlincə isə, Koçaryan qeyd edib ki, erməni tərəfi bunları heç vaxt pozmayıb və pozmayacaq. “Pozan tərəf Azərbaycandır. Onlar danışıqlarda müzakirə olunan mövzuları olduqca fərqli şəkildə təqdim edir. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin 5 bəyanatında qeyd edilən danışıqlar prinsipləri Azərbaycan bəyanatları ilə müqayisədə bu aydın şəkildə görünür”.

Daha çox göstər
Back to top button