İctimaiyyət

DİN qarşıda duran mitinq iştirakçılarının kütləvi şəkildə polisə çağırılması haqqında məlumatları şərh etmir

DİN-in mətbuat xidməti KİV-in 100-ə yaxın insanın müxalifətin oktyabrın 28-də keçiriləcək mitinqində iştirak etmək niyyətləri ilə əlaqədar polisə çağırılması haqqında yaydığı məlumatlara reaksiya vermir.

Belə ki, DİN Report agentliyinin polisə çağırılanlardan müxalifətin aksiyasında iştirak etmək niyyətləri ilə bağlı izahat tələb olunduğu haqqında nəşrini Turan-a şərh etməyib. Bundan başqa, məlumatda deyilir ki, əvvəlki aksiyaların iştirakçılarının kütləvi şəkildə fotoşəkilləri çəkilib və onların kimliyi məhz bu şəkillər əsasında müəyyən edilib.

Faktiki olaraq, bu, vətəndaşların kütləvi şəkildə izlənməsinin və siyasi baxışları ilə əlaqədar onların hüquqlarının məhdudlaşdırılmasının etirafı deməkdir.

Bundan əvvəl polis bu cür nəşrlərə kifayət qədər operativ reaksiya verir, onları təxribat xarakterli və qeyri-obyektiv adlandırırdı. Bu halda DİN-in niyə belə “biganə” davrandığını yalnız təxmin etmək olar. Potensial “terrorçuların” axtarışından müxalifətin 28 oktyabr mitinqinin keçirilməsini qadağan etmək üçün bəhanə kimi istifadə olunacağı istisna deyil. Məsələ ondadır ki, yuxarıda qeyd olunan nəşrdə insanların kütləvi şəkildə polisə çağırılması mitinqlərdə dini radikallar tərəfindən terror aktlarının törədilməsi ehtimalı ilə əsaslandırılırdı.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button