İctimaiyyət

Ermənsiatnda Rusiya hərbi bazasının tank bölməsinin əsgərləri təlimlər keçiriblər

Rusiyanın Ermənistanda  sayılı 102  hərbi bazasının tank bölməsinin əsgərləri  “Alagyaz” poliqonunda təlimlər keçiriblər.  Bu haqda “Razm.info”-ya Rusiya Federasiyasının silahlı qüvvələrinin Cənubi  hərbi okruqunun  mətbuat xitmətindən məlumat verilib.

Təlimlərə təxminən 100 əsgər, T-72 tankı daxil olmaqla 30-dan çox hərbi texnika  cəlb edilib. Yekun yoxlamalar zamanı  şərti düşmənin canlı qüvvəsini və zirehli döyüş vasitələrini məhv  etmə təlimlər, eləcə də “tank düelosu” keçirilib.

“Düelo”-ya görə, tanklardan biri səngərdə gizlənir, ikinci tankı isə 2 km məsafədə fəaliyyət göstərərək, maskalanma mövqeyini deyişir.  “Düelo”-nun işitirakçıları hədəf yerini tapmaq və vurmaq lazımdır.  Bu tlimlər zamanı  qeyri-döyüş sursatından istifadə edilmişdir.

Rusiyanın Ermənsiatnda yerləşən 102 saylı hərbi bazasının tank bölmələri ötən həftə də eyni cür təlimlər keçiriblər.

Daha çox göstər
Back to top button