Beynəlxalq

HRW: Avropa Azərbaycana qarşı birləşməli

Human Rights Watch beynəlxalq təşkilatının Cənubi Qafqaz idarəsinin direktoru Grigori Gogia Avropa Şurası Nazirlər Komitəsi tərəfindən Azərabyacana edilmiş  xəbərdarlığa dair qeyd edib ki, bu dəfə bahis çox yüksəkdir, çünki Azərbaycan Avropa Şurasını tərk etməklə hədələyir. Lakin Qogia Nazirlər Komitəsini Bakının təhdidlərinə və təyziqlərinə yenilməməyə çağırır.

“2014-cü il may ayında Avropa Şurasının qərarına baxmayaraq, hakimiyyət Məmmədovu həbsdə saxlayıb. Amnesty International beynəlxalq təşkilatı onu vicdan məhbusu tanıyıb.

2015-ci ildə Avropa Şurasının baş katibi T. Yaqland bu mövzuda sərt bir şərh etdi, lakin Azərbaycan bütün bunlara məhəl qoymayaraq Məmmədovu hələ iki, həbsdə saxlayır.

Dövlətlər birləşərək Azərbaycanın bu davranışına son qoymalıdırlar”.

Qeyd edək ki, Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana xəbərdarlıq edib ki, İlqar Məmmədovla bağlı AİHM qərarlarını yerinə yetirilməzsə hüquqi proses başlayacaq. Bu barədə Avropa Şurasının rəsmi saytında məlumat yayılıb.

Daha çox göstər
Back to top button