Siyasət

Artsaxı görməkdən xoşbəxtik. Meksika deputatları ER Prezidentinə

Ermənistan Respublikasının Prezidenti Blanka Margarita Kuata Domingesin başçılıqla  Meksika Biləşmiş Ştatlarının Deputatlar Palatasının Meksika-Ermənistan dostluq qrupunun nümayəndə heyətini qəbul etdi.

Serj Sargsyan qeyd etdi ki, dost Meksika deputatları bu səfəri ilə Ermənistan-Meksika  parlamentlərarası əlaqələrində yeni bir səhifə açılacaq və iki  ölkə parlamenti arasında əməkdaşlığa dair gələcək yolları təsvir ediləcək.

Dövlət başçısı eləcə də deputatların Artsaxa iki günlük səfərinə əhəmiyyət verib. Prezident qeyd etdi ki, bu Artsax münaqişəsi və Artsax xalqı  ilə tanış olmaq, o regionda əsrlərlə yaşayan erməni xalqının tarixi, mədəniyyəti, öz müstəqiliyi üçün  mübarizə edən bu insanların həyat tərzi ilə tanış olmaq üçün bu yaxşı bir  fürsətdir.

Meksika-Ermənistan dostluq qrupunun sədri vurğulayıb ki, qrup əməkdaşlığın davamlı inkişafı və dərinləşməsi üçün əlindən gələni edəcək, çünki Ermənistana və Artsaxa səfəri zamanı nümayəndə heyəti erməni xalqının isti münasibəti və qarşılıqlı dostluğun arzusunu hiss etdi.

“Biz iki xalqın dostluğu üçün çox yaxşı qapılar açdıq. Ermənistan kimi  hörmətli bir ölkədə olmaq bizim üçün böyük şərəfdir. Artsaxı görməkdən xoşbəxtik, bu ölkə qəlbimizdə artıq  sabit bir yerə sahibdir”- deyə  Ermənistan-Meksika dostluq qrupunun sədri Blanka Margarita Kuata Dominges qeyd etdi.

Daha çox göstər
Back to top button