Siyasət
ER Müdafiə naziri ABŞ səfiri ilə əməkdaşlıq məsələləri müzakirə edib
ER Madafiə naziri Vigen Sarkisyan oktyabrın 27-də ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Misi qəbul edib.
ER Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunub. Beynəlxalq missiyalara iştirak edən erməni sülhməramlıların hazırlanması və missiyalar ərzində təlimatların həayata keçirilməsi ilə bağlı məsələlərə, həmçinin gələcək illərdə beynəlxalq missiyalarda erməsi sülhməramlıların cəlb olunma prespektivlərinə toxunublar.