Siyasət

AŞPA-dan “Azərbaycan pulyuyan maşını” ilə bağlı alman deputatları da çıxarılıblar

Azərbaycan tərəfindən Avropada təxminən 3 milyard doların yuyulması və avropalı siyasətçilərə rüşvət verməsi ilə bağlı məlumatların aşkar olunması və bunların nəticələri davam edir.

Azərbaycandan 22.500 avro alan və “Azərbaycan pulyuyan maşını” sənədlərinə cəlb olunmuş kanslər Angela Merkel partiyasının millət vəkili Karin Strenz ilə bağlı qalmaqal davam edir. Alamn KİV-ləri deputatın rüşvət alması ilə bağlı istintaqı davam etdirirlər. İstintaq zamanı aşkar olub ki, sadəcə Karin Strenz deyil, kansler Angela Merkel-in Xristian Demokrat Partiyasının (CDU) Frankfurtdakı şöbəsinin hesabına 2012-ci ildə SOCAR-ın Almaniyadakı filialından 28 min avro köçürülmüşdü. Almaniya qanunları isə, partiyaların AB üzvü olmayan ölkələrdən ianə qəbul etməsini yasaqlayır.

Məlum olub ki, Bundestaq seçkilərindən sonra Karin Strenz Almaniyanın AŞPA-dakı nümayəndəsindən çıxarılıb. Almaniyanın AŞPA-dakı nümayəndə heyəti və Azərbaycan arasındakı əlaqələrinə dair nümayəndə heyətinin sədri Aksel Fişer də susub. Korrupsiya ilə bağlı sadəcə deputat Frenk Şveben danışırdı və Karin Strenzi Azərbaycandan rüşvət almasında günahlandırırdı.

Bütün bu hadisələr AŞPA-da Ermənistanın həmməruzəçisi Aksel Fişeri də təsirləndi. Fişer AŞPA-nın son sesiyasıda “məğlub” olub və istefa etmək məcburiyyətində qalıb. Bundestaqın qərarı ilə Karin Streszi ilə birlikdə Aksel Fişeri də AŞPA nümayəndə heyətinin tərkibində olamayacaq.

Daha çox göstər
Back to top button