İctimaiyyət

Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı yeni qərar verəcək

Avropa İnsan Hüquqları məhkəməsi Real sədri İlqar Məmmədovla bağlı daha bir məsələ üzrə qərar verməyə hazırlaşır.
“Azadliq.info” saytına əsasən, bu barədə məlumatı İlqar Məmmədovun vəkili Fuad Ağayev yayıb. Vəkilin yaydığı məlumatda bildirilir ki, Avropa İnsan Hüquqları məhkəməsi İlqar Məmmədovun ikinci ərizəsi üzrə noyabrın 16-da qərarını elan edəcək. Vəkil ərizənin mahiyyəti haqqında məlumat verməyib.
Avropa İnsan Hüquqları məhkəməsinin İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edən qərarı hələ də yerinə yetirilməyib.

Daha çox göstər
Back to top button