Təhlil

BMT-da ER nümayəndəsi: Dialoqu təşviq etmə səyləri Azərbaycan hakimiyyəti tərəfindən pozulur

MBT Təhlükəsizlik Şurasında “Qadın, təhlükəsizlik və sülh” adlı müzakirələri keçirilib. Müzakirədə ER-nın BMT-dakı daimi nümayəndəsi Zohrab Mnatsakanyan  çıxış edib. Görüş sülh və münaqişələrin nizamlanma prosesinə qadınların cəlbinə, o cümlədən gender və cinsi şiddətə qarşı mübarizə çərçivəsində BMT gündəminə həsr olunmuşdu.

ER səfiri öz çıxışında qeyd edib ki, Ermənistan vətəndaş cəmiyyətinin xüsusilə də qadınların problemləri ilə məşğul olan təşkilatların münaqişələrin sülh yolu ilə nizamlanması üçün əlverişli atmosferin təmin olunmasına və münaqişə tərəfləri arasında inamın güclənməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir.

Səfir Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə dair qeyd edib: “Ermənistan dialoq və inamın güclənməsinə yönəlmiş səylərə həmişə də əhımiyyət verib, lakin təəssüf ki, qonşu ölkənin hakimiyyəti ermənilərə qarşı nifrət, millətçilik, dözümsüzlük siyasəti və insan hüquqları müdafiəçiləri, o cümlədən qadınlara qarşı şiddət və həbslər ilə dialoqu təşviq etmə səylərə maneə törədməyə çalışır”.

Daha çox göstər
Back to top button