İctimaiyyət
Messi Azərbaycan yığması ilə oynamaq istəmədi
Argentina milli komandasının Azərbaycan və Ukrayna yığmaları ilə keçirmək istədiyi yoldaşlıq görüşünün baş tutmamasının səbəbkarı müəyyənləşib.
Bu haqda Oxu.az xəbər verir.
Bildirilir ki, Argentina Futbol Assosiasiyası (AFA) gələn il Nigeriya ilə nəzərdə tutulan yoldaşlıq görüşündən əvvəl Azərbaycan və ya Ukrayna ilə qarşılaşmaq niyyətində olub. Bu istək hər iki ölkənin 2018-ci il dünya çempionatının keçiriləcəyi Rusiyaya yaxınlıqdan irəli gəlib. Lakin danışıqların müsbət məcrada davam etdiyi vaxt aparıcı futbolçular ilk növbədə Nigeriya ilə üz-üzə gəlməyi məqsədəuyğun sayıblar.
Qeyd edək ki, Argentina – Nigeriya matçı noyabrın 14-də Krasnodarda keçiriləcək. Artıq hər iki ölkə dünya çempionatına vəsiqəni təmin edib.