Siyasət

Təzəxan Mirələmlinin ailə üzvlərinə təzyiq edirlər

Cəhəbçi- jurnalist Təzəxan Mirələmlinin ailə üzvlərinə təzyiq edirlər.

“Azadliq.info” saytına əsasən, bu barədə məlumatı Təzəxan Mirələmli öz fb səhfəsində paylaşıb: “Təzyiqlərin yeni forması gəlir. Məni siyasi və jurnalist fəaliyyətimdən çəkindirmək üçün həbsdəki yaxınlarıma hücuma keçiblər. Bu gün 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarov 65 yaşlı atamı 1500 dustağın arasında təhqir edib. Yaxın günlərdə atam, qaŕdaşım və oğluma qarşı daha sərt cəzalar veriləcəyi barədə mənə məlumatlar çatdırılıb. Hələlik ilk olaraq kars cəzaları nəzərdə tutulub. Sifarişin hardan gəlməyi də bəllidir. Birbaşa prezident admistrasiyasından.
Yolun bu hissəsindən geri qayıdası deyiləm ki? Mən də nə işlə məşğul olacağımı yaxşı bilirəm. Bütün işim, gücüm yalnız Pentensiar Xidmətin müəssisələri qarşısında dayanmaqla ordakı neqativ halları dünyaya bəyan etməkdən ibarət olacaq.
Hələlik beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarına müraciət edirəm. Xahiş edirəm bu məsələni nəzarətdə saxlayasınız.”

Daha çox göstər
Back to top button